Türkiyədə 800 kiloqramdan çox narkotik vasitə ələ keçirilib

Türkiyədə 800 kiloqramdan çox narkotik vasitə ələ keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin Habur Gömrük Qapısında 850 kiloqram heroin ələ keçirilib.

TurkicWorld xəbər verir ki,bu barədə Türkiyə Ticarət Nazirliyi bildirib.

Ticarət Nazirliyindən verilən məlumata görə, narkotik cinayətləri ilə mübarizə çərçivəsində Gömrük Mühafizə qrupları tərəfindən Habur Gömrük Qapısında aparılan yoxlamalar zamanı bir yük avtomobili “riskli” kateqoriyasında qiymətləndirilib.

Yük maşınına baxış zamanı əşyaların içərisində gizlədilən 1.3 milyard türk lirəsi dəyərində 850 kiloqram heroin götürülüb.

Bu məbləğin bir anda ələ keçirilən ən yüksək heroin miqdarı olduğu bildirilib.

Hafiz Rufizoğlu