Seçki üçün Ankara və İstanbulda mətbuat mərkəzləri qurulacaq

Seçki üçün Ankara və İstanbulda mətbuat mərkəzləri qurulacaq

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi 31 Mart seçkilərini izləmək istəyən milli və beynəlxalq mətbuat nümayəndələri üçün Ankara və İstanbulda mətbuat mərkəzi yaradacaq.

AzerVoice xəbər verir ki, mətbuat mərkəzlərinin məqsədi milli və beynəlxalq mətbuat nümayəndələrinin seçkilərlə bağlı baş verənləri sağlam və sürətli şəkildə izləmələrinə töhfə verməkdir.

Akademiklərin, ictimai qurumların nümayəndələrinin gün ərzində ziyarət edəcəyi mətbuat mərkəzlərində milli və beynəlxalq mətbuat nümayəndələri qonaqlardan müsahibə ala biləcəklər.

Digər tərəfdən, mətbuat mərkəzlərində Türkiyənin keçmişdən bu günə çoxpartiyalı siyasi həyatını, demokratiya və seçki təcrübələrini, seçkiləri əks etdirən fotoşəkillər və görüntülərdən ibarət “Türkiyənin Seçki Tarixi və Demokratiya Təcrübəsi” mövzusunda sərgi təşkil ediləcək.

Qeyd edək ki, Türkiyədə yerli özünü idarəetmə orqanlarına seçkilərlə bağlı yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan edilib.

Martın 21-də qadağalar başlayıb. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01