Türkiyədə qaçaqmalçılıq cəhdinin qarşısı alınıb

Türkiyədə qaçaqmalçılıq cəhdinin qarşısı alınıb

Bakı, TurkicWorld:

Türkiyədə son iki həftədə həyata keçirilən əməliyyatlar nəticəsində dəyəri 142 milyon lirə olan qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi Gömrük Mühafizə qrupları tərəfindən İstanbul, İzmir, Van və Artvin şəhərlərində eyni zamanda qaçaqmalçılığa qarşı əməliyyatlar keçirilib.

Aparılan əməliyyatlar nəticəsində qruplar İstanbul Pendik limanında təxminən 85 kiloqram heroin, İstanbul hava limanında isə təxminən 36 kiloqram marixuana və kokain tipli narkotik vasitələr ələ keçirib.