İstanbulda on PKK terrorçusu zərərsizləşdirilib

İstanbulda on PKK terrorçusu zərərsizləşdirilib

Bakı. TurkicWorld:

İstanbulda terror təşkilatı PKK/KCK-nın gənclik strukturu olan İnqilabçı Gənclik Hərəkatının (DGH) tərkibində fəaliyyət göstərən 11 şübhəlidən 10-u yaxalanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu məlumat yayıb.

Məlumata görə, şübhəlilərin hərəkət məqsədi ilə Yunanıstandan göndərilən təşkilat üzvlərinin sərhəd keçidlərini təşkil etdikləri iddia edilib.