Almaniyada Türkiyə Baş Konsulluğuna hücum olunub

Almaniyada Türkiyə Baş Konsulluğuna hücum olunub

Bakı. TurkicWorld:

Almaniyanın Hannover şəhərində PKK terror təşkilatı tərəfdarları Türkiyənin Baş Konsulluğuna daşla hücum edib.

TurkicWorld xəbər verir ki, hücum edənlər Türkiyənin Baş Konsulluğunun binasına daş və çubuqlarla binaya zərər vurmağa cəhd ediblər.

Xatırladaq ki, ötən gün Belçikanın paytaxtı Brüsseldə PKK terrorçuları türklərin yaşadığı məhəlləyə hücum ediblər.

Belçikanın Limburq bölgəsinin Heusden-Zolder rayonunda terror təşkilatı PKK tərəfdarları türklərə məxsus avtomobilləri yandırıb.

X: Lamanasadli01