Heç bir terror dəhlizinin yaradılmasına icazə verməyəcik – Hakan Fidan

Heç bir terror dəhlizinin yaradılmasına icazə verməyəcik – Hakan Fidan

Bakı. TurkicWorld:

Heç bir terror dəhlizinin yaradılmasına icazə verməyəcik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Güclü siyasi iradə, artan milli vasitə və imkanlarla birləşərək, ölkədə başda PKK və FETÖ olmaqla bütün terror təşkilatlarını məhv etdik. Terror təşkilatları hazırda Türkiyədə tapa bilmədikləri məkanı başqa ölkələrdə axtarırlar, amma biz dostlarımız və qonşularımızla əməkdaşlıq edərək onların fəaliyyətlərini qısıtlayırıq.” – deyə Fidan bildirib.

O qeyd edib ki, Suriya və İraqda terror dəhlizinin yaradılmasına icazə verməyəcəyik.

Hafiz Rufizoğlu