PKK Qərbi Avropada ictimai təhlükəsizlik üçün təhlükə yaradır – Türkiyə XİN

PKK Qərbi Avropada ictimai təhlükəsizlik üçün təhlükə yaradır – Türkiyə XİN

Bakı. TurkicWorld:

PKK Qərbi Avropada ictimai təhlükəsizlik üçün təhlükə yaradır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

“PKK terror qruplaşmasının tərəfdarlarının Belçikada etnik türklərə qarşı son hücumları təşkilatın Qərbi Avropada “ictimai nizam və ictimai təhlükəsizlik” üçün yaratdığı təhlükəni nümayış etdirir.” – deyə açıqlamada qeyd edilib.

Nazirlik bildirib ki, martın 24-də terror təşkilatının tərəfdarları Leven şəhərində toplaşaraq, daha sonra Hoysden-Zolder və Hautalen şəhərlərində türk əsilli sakinlərə hücum ediblər.

Təxribatlar nəticəsində insan tələfatı olmasa da, türk icmasının bəzi üzvləri yaralanıb.

Məlumatda qeyd edilib ki, baş verən hadisələrlə bağlı Brüsseldə Belçikanın hakimiyyət orqanları ilə əlaqələr qurulub.

Bildirilib ki, Belçikada yaşayan türklərin davranışı və Belçika hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyəti sayəsində insidentlərin böyüməsinin qarşısı alınıb.

Hafiz Rufizoğlu