Türkiyənin İsraillə hərbi sahədə hər hanısa bir əməkdaşlığı yoxdur – Türkiyə MN

Türkiyənin İsraillə hərbi sahədə hər hanısa bir əməkdaşlığı yoxdur – Türkiyə MN

Bakı. TurkicWorld:

Türkiyənin İsraillə hərbi sahədə hər hanısa bir əməkdaşlığı yoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik, İsraillə hərbi təlim, təlimlər və müdafiə sənayesi əməkdaşlığı da daxil olmaqla heç bir fəaliyyətinin olmadığını açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada, İsrailin Qəzzada xəstəxana, məktəblər, ibadət yerləri, qaçqın düşərgələri və mülki şəxsləri ayrı-seçkilik etmədən hədəfə aldığı şiddət hərəkətlərinin davam etdiyi bildirilib.

“Hər zaman Fələstinə dəstək verən Türkiyə Respublikasının fələstinlilərə zərər verəcək hər hansı bir fəaliyyət göstərməsi və ya məşğul olması mümkün deyil. Bu çərçivədə Milli Müdafiə Nazirliyinin İsraillə hərbi təlim, təlimlər və müdafiə sənayesi əməkdaşlığı da daxil olmaqla heç bir fəaliyyəti yoxdur” – deyə açıqlamada qeyd edilib.

Hafiz Rufizoğlu