Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Muğla vilayətində 4 bal gücündə zəlzələ olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, zəlzələ yerin 7,09 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.