Türkiyə İraq sərhədində “təhlükəsiz bölgə” yaradacaq

Türkiyə İraq sərhədində “təhlükəsiz bölgə” yaradacaq

Bakı. TurkicWorld:

İraq sərhədində "təhlükəsiz bölgə" yaradaraq Türkiyəyə uzaqdan gələn təhlükəni qarşılamaq, nəqliyyat və enerji layihələri ilə bölgənin rifahının inkişafına töhfə vermək hədəflənir.

TurkicWorld türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindəki (MMN) mənbələrdən bildirilib.

Məlumata görə, Türkiyə hərbi-siyasi rəhbərliyinin İraq hakimiyyəti ilə son görüşlərindən sonra həftəlik mətbuat brifinqi keçirilib.

Nazirlik mənbələri İraq hakimiyyəti ilə son görüşlərdən sonra Birgə Əməliyyatlar Mərkəzinin yaradılıb-yaradılmayacağı ilə bağlı suallara cavab veriblər: “İraqla danışıqlar müəyyən səviyyələrdə davam edir. İki ölkə arasında imzalanması planlaşdırılan Strateji Çərçivə Sənədi üçün hazırlıqlar davam edir. Bu sənədə daxil etmək istədiyimiz məsələlərdən biri də Birgə Əməliyyatlar Mərkəzinin yaradılmasıdır”.