Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən terrorçular zərərsizləşdirilib

Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən terrorçular zərərsizləşdirilib

Bakı, TurkicWorld:

Türkiyədə üç terror təşkilatı üzvü qeyri-qanuni yollarla sərhədi keçməyə cəhd edərkən zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, sərhədlərin təhlükəsizliyini pozan şəxslər Türkiyədən Yunanıstana keçərkən saxlanılıb.

Aparılan araşdırmalar zamanı onların üçünündə FETÖ-ə mənsub olduğu müəyyən edilib.