Samsunda zəlzələ baş verib

Samsunda zəlzələ baş verib

Bakı, TurkicWorld:

Türkiyənin Samsun vilayətində 4 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, zəlzələ yerin 18,27 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.