Bakı. TurkicWorld:
Aviasiyada son 10 ildə əldə etdiyimiz uğurlara, kosmosda da nail olacağıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.
"Əslində bu, 20-ci əsrin aviasiya nəhəngi ölkələrindən biri olmayan, 21-ci əsrdə paradiqma dəyişikliyinə nail olan Türkiyənin sayəsində baş verdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə 20 ildə inkişaf etdirmək üçün başlatdığımız proqramları yerli və milli olaraq istehsal edirik", - deyə o əlavə edib.
Kacır onu da vurğulayıb ki, Türkiyənin TÜRKSAT 6A peyki bir neçə ay ərzində kosmosa göndəriləcək.
"TÜRKSAT 6A ilk milli rabitə peykimiz olacaq. Bir neçə ay sonra TÜRKSAT-ı kosmosa göndərəcək və biz də bu qabiliyyətə malik 10 ölkədən biri olacağıq", - deyə o qeyd edib.