Rusiya Türkiyə ilə KAAN-ın birgə istehsalına hazırdır

Rusiya Türkiyə ilə KAAN-ın birgə istehsalına hazırdır

Bakı. TurkicWorld:

Rusiya Türkiyə ilə Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN-ın birgə istehsalına hazırdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının İstanbuldakı baş konsulu Andrey Buravov deyib.

"Biz bu mövzuda hərbi-texniki əməkdaşlığı da inkişaf etdirmək istəyirik. Rəsmi qurumlarımız və şirkətlərimiz arasında müxtəlif səviyyələrdə araşdırmalar aparılıb, o cümlədən bu təyyarələrlə bağlı birgə tədqiqatlar aparılıb. Təbii ki, müvafiq şirkətlər arasında konkret məsələlərin müzakirəsinə ehtiyac var", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

X: Lamanasadli01