Rusiya üçün ən etibarlı tərəfdaş Türkiyə oldu - Putin

Rusiya üçün ən etibarlı tərəfdaş Türkiyə oldu - Putin

Bakı. TurkicWorld:

Rusiya üçün ən etibarlı tərəfdaş Türkiyə oldu.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib.

"Avropa daim bildirir ki, Rusiya enerji resurslarını məhdudlaşdırır. Biz heç nəyi məhdudlaşdırmırıq, hər şeyi təmin edirik. Rusiya üçün ən etibarlı tərəfdaş türklər olub. Enerji daşımaları "Türk axını" ilə həyata keçirilir", - deyə o əlavə edib.

Qeyd edək ki, 10 oktyabr 2016-cı ildə Türkiyə ilə Rusiya arasında Türk Axını layihəsi imzalanıb. "Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılıb. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulub.

X: Lamanasadli01