Türkiyə və Yunanıstan Avropanın raket əleyhinə müdafiə layihəsinə qoşulacaq

Türkiyə və Yunanıstan Avropanın raket əleyhinə müdafiə layihəsinə qoşulacaq

Bakı. TurkicWorld:

Türkiyə və Yunanıstan Avropanın raket əleyhinə müdafiə layihəsinə qoşulacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Türkiyə və Yunanıstanın Almaniyanın rəhbərlik etdiyi raketdən müdafiə layihəsinə rəsmən qoşulacağını bildirib.

Avropa Göy Qalxanı Təşəbbüsünün iştirakçılarının sayı 21-ə çatacaq.

Layihə Avropanın hava hücumundan müdafiə sistemindəki boşluqları doldurmaq məqsədi daşıyır.
Məqsəd havadan gələn istənilən təhlükədən müdafiə oluna bilmək üçün ən koordinasiyalı qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemi yaratmaqdır.

Fransa Avropa ölkələrinin qismən ABŞ və İsrail istehsalı olan avadanlıqlara bel bağlamaqdansa, öz sistemlərindən istifadə etmələrini istədiyi üçün sazişə qoşulmayıb.

Hafiz Rufizoğlu