Azərbaycanda AKINCI anqarının açılışını etdik - Bayraktar

Azərbaycanda AKINCI anqarının açılışını etdik - Bayraktar

Bakı. TurkicWorld:

Azərbaycandə Bayraktar AKINCI anqarının açılışını və çatdırılma mərasimini keçirdik.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar öz rəsmi X sosial media hesabında paylaşım edib.

"Birliyimiz əbədi olsun", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.

X: Lamanasadli01