MİT, PKK-nın şura üzvünü zərərsizləşdirib

MİT, PKK-nın şura üzvünü zərərsizləşdirib

Bakı. TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, İraqın Qara bölgəsində qırmızı kateqoriyada yer alan PKK şura üzvü Yunus Dəmiri zərərsizləşdirib.

TurkicWorld-un məlumatına görə, PKK terror təşkilatında “Şivan Gever” kod adlı terrorçu Yunus Dəmir, axtarışda olanlar siyahısında “qırmızı kateqoriya”da yer alıb.

İnterpol tərəfindən də qırmızı bülletenlə axtarışa verilən Dəmir, İraqda Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatların planlaşdırılması və idarə olunmasından şəxsən məsul olub. Pəncə-Kilit bölgəsində Türkiyə Silahlı Qüvvələrinin bölmələrinə hücum edəcək terror qruplaşmasına təlim keçirən Yunus Dəmirin də hədəf siyahısında yer aldığı MİT, terrorçunu və onun yanındakı digər terroristləri zərərsizləşdirib.

Aytac Süleymanova

Twitter: a_alieva_