Türkiyə MİT daha bir  PKK rəhbərini zərərsizləşdirib

Türkiyə MİT daha bir  PKK rəhbərini zərərsizləşdirib

Bakı. TurkicWorld:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində terror təşkilatı PKK-nın sözdə liderlərindən Rojda Bileni zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, Rojda Bilen təşkilatın gənclik icması adlandırdığı strukturdakı bütün qadın terrorçuların fəaliyyətindən əsas cavabdeh şəxs idi.

Onun terror təşkilatına qoşulacaq gəncləri müəyyən edib təşviq etdiyi, onları ideoloji təbliğatla manipulyasiya etdiyi, Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatının üzvlərinə tədbirlər üçün təlimatlar çatdırdığı müəyyən edilib.

X: Lamanasadli01