TCG Burgazada Şərqi Aralıq dənizində vəzifəsinə başlayıb

TCG Burgazada Şərqi Aralıq dənizində vəzifəsinə başlayıb

Bakı. TurkicWorld:

Türkiyənin TCG Burgazada gəmisi Şərqi Aralıq dənizində vəzifəsinə başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"TCG Burgazada gəmisi 5 Fevral 2024-cü il tarixində Mersin limanında 'NATO Müttəfiq Dəniz Mühafizəsi Əməliyyatı 2024-1' komandanlığını üzərinə götürüb və bu çərçivədə Dəniz Təhlükəsizliyi Əməliyyatı üçün Şərqi Aralıq dənizində kəşfiyyat, müşahidə və patrul xidmətinə başlayıb”, - deyə məlumatda qeyd edilib.

X: Lamanasadli01