MİT əməliyyatında tutulan israilli casuslar həbs edilib

MİT əməliyyatında tutulan israilli casuslar həbs edilib

Bakı. TurkicWorld:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyatda tutulan israilli casuslar həbs edilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türk KİV-lər paylaşım edib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Polis İdarəsində saxlanılan yeddi nəfər və həbsxanadan gətirilən iki şübhəlinin əməliyyatları tamamlanıb.

Hakimlikdə əməliyyatları tamamlanan şübhəlilərdən yeddisi həbs edilib, ikisi isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, tədqiqat çərçivəsində İsrail kəşfiyyat xidmətinin içində olduğu xüsusi detektivlər vasitəsilə bioqrafik məlumatların toplanması, kəşfiyyat, araşdırma, foto-video sənədləşdirmə, canlı izləmə, hədəflərinə qarşı izləmə cihazları yerləşdirmək kimi fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 9 şübhəlinin hamısının əldə etdikləri məlumatları özəl detektivlər vasitəsilə MOSSAD-a satdıqları müəyyən edilib.

Hafiz Rufizoğlu