Türkiyə dörd yerli raketin kütləvi istehsalına başlayıb

Türkiyə dörd yerli raketin kütləvi istehsalına başlayıb

Bakı. TurkicWorld:

Türkiyə dörd yerli raketin kütləvi istehsalına başlayıb.

TurkicWorld-un məlumatına görə, Türkiyə Müdafiə Sənayesi İdarəsində yerüstü raket sistemləri üçün müqavilə imzalanma mərasimi keçirilib.

“Tayfun” ballistik raketinin, TRG(L)-230 artilleriya raketinin, “SUNGUR” zenit raketinin və qısa mənzilli tank əleyhinə KARAOK raketinin kütləvi istehsalına dair qərar qəbul edilib.

Çatdırılmaların 2028-ci ilə qədər davam edəcəyi gözlənilir.

Hafiz Rufizoğlu