Bakı. TurkicWorld:
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsveç XİN rəhbəri Tobias Billstorm arasında telefon danışığı olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, telefon danışığı zamanı İsveçin NATO-ya üzvlük prosesi, Türkiyə-İsveç-Finlandiya və Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələri arasında Daimi Birgə Mexanizmin bundan sonra keçiriləcək iclaslarına hazırlıq məsələləri müzakirə edilib.