Dublində THY-ə üç maliyyə mükafatı verilib

Dublində THY-ə üç maliyyə mükafatı verilib

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) Dublində "Hava Yolları İqtisadiyyatı Aviasiya Mükafatlandırma" mərasimində üç fərqli kateqoriyada səkkiz yeni nəsil təyyarə üçün mükafat alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türk Hava Yolları İdarə Heyəti və İcraiyyə Komitəsinin üzvü və baş menecerin müavini Murat Şeker açıqlama verib.

"Hər il təxminən 1,8 milyard dollar dəyərində təyyarələri maliyyələşdirən bir hava yolu şirkəti olaraq, təyyarələrin maliyyələşdirilməsi sahəsindəki uğurumuzu bu mükafatlarla taclandırmaqdan qürur duyuruq”, - deyə o əlavə edib.

X: Lamanasadli01