Türkiyə-Albaniya Birinci Yüksək Strateji Əməkdaşlıq Şurasının iclasını keçirməyi hədəfləyirik – Hakan Fidan

Türkiyə-Albaniya Birinci Yüksək Strateji Əməkdaşlıq Şurasının iclasını keçirməyi hədəfləyirik – Hakan Fidan

Bakı. TurkicWorld:

Məqsədimiz 2024-cü ildə Türkiyə-Albaniya Birinci Yüksək Strateji Əməkdaşlıq Şurasının iclasını keçirməkdir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Tiranada albaniyalı həmkarı İqli Hasani ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"İki ölkə liderlərini bir araya gətirmək və ölkələrimiz arasındakı ticarət həcmini 2 milyard dollara çatdırmağı hədəfləyirik", - deyə o qeyd edib.

Bundan əlavə, H.Fidan Albaniyanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi münasibətilə təbrik edib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 iyun 1992-ci ildə İstanbulda keçirilən zirvə toplantısında imzalanmış müqavilə ilə yaradılıb və Qara dəniz hövzəsindəki ölkələrin iqtisadi əməkdaşlığını hədəfləyən beynəlxalq təşkilatdır. Hazırda təşkilatın 13 üzvü var: Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və Şimali Makedoniya.

X: Lamanasadli01