Son dəqiqə

Mehmet Fatih Kacır Alper Gezeravcı

İlk türk astronavtı Gezeravcı sabah kosmosdan nazir Kacırla telefon danışığı həyata keçirəcək

Bakı. TurkicWorld:

Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır sabah Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzində (GUHEM) Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə video konfrans vasitəsilə görüşəcək.

TurkicWorld-un məlumatına görə, Türkiyənin ilk astronavtı Gezeravcı tələbələr, alimlər və jurnalistlərlə də görüşlər keçirəcək.

Gezeravcı həmçinin Samsun, Hatay, Diyarbəkir, Kocaeli, Konya və Balıkəsir kimi vilayətlərdə təhsil alan orta və lisey şagirdləri ilə canlı əlaqə quracaq.

İstanbul-Taksim və Ankara-Kızılayda qurulan planetariumlar Gezeravcı ISS-dən qayıdana qədər açıq olacaq. Planetariumlarda Türkiyənin kosmos missiyası izah ediləcək, filmlər nümayiş etdiriləcək.

Aralıq tətilində tələbələr və gənclər Türkiyənin hər yerindəki elm mərkəzlərini də ziyarət edə bilərlər.

Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər