ABŞ TBMM-in İsveç qərarını dəstəkləyir

ABŞ TBMM-in İsveç qərarını dəstəkləyir

Bakı. TurkicWorld:

Amerika Birləşmiş Ştatları Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi qərarını dəstəkləyir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ XİN rəsmiləri bildirib.

Məlumata əsasən, açıqlamada F-16-ların Türkiyəyə satışının ABŞ, Türkiyə və bütün NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarını dəstəkləyəcəyi də vurğulanıb.

"ABŞ prezidenti Co Bayden uzun müddətdir ki, Türkiyənin F-16 donanmasının modernləşdirilməsini dəstəklədiyini, bunun NATO-nun qarşılıqlı fəaliyyətinə sərmayə olduğunu açıq şəkildə bəyan edib", - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, 23 yanvar tarixində İsveçin NATO-ya üzvlüyü TBMM-də təsdiqlənib.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə 2023-cü il noyabrın 16-da TBMM-nin Xarici Əlaqələr Komissiyasının gündəliyinə çıxarılıb.

Qoşulma Protokolu, 2023-cü ilin dekabrın 26-da Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilib.

X: Lamanasadli01