Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıram - Stoltenberq

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıram - Stoltenberq

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıram.

TurkicWorld-un məlumatına görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.

“Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışlayıram. İnanıram ki, Macarıstan da milli təsdiq prosesini ən qısa zamanda başa çatdıracaq.” -deyə baş katib bildirib

Xatırladaq ki, dünən İsveçin NATO-ya üzvlüyü TBMM-də təsdiqlənib.

Hafiz Rufizoğlu