Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlanıb

Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlanıb

Bakı. TurkicWorld:

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 12 fevral tarixində Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münaqişəsi, İsrailin Qəzzaya hücumları və Qırmızı dənizdəki hadisələr də daxil olmaqla, regional və qlobal məsələləri müzakirə edəcəyi gözlənilir.

X: Lamanasadli01