Son dəqiqə

Resmi Gazete

MAPEG tərəfindən 212 mədən sahəsi tenderə çıxarılacaq

Bakı. TurkicWorld:

Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi (MAPEG) tərəfindən 212 mədən sahəsi tenderə çıxarılacaq.

TurkicWorld bu barədə "Resmi Gazete"ye istinadən xəbər verir.

Tenderlər möhürlənmiş tender və hərrac üsulu ilə keçiriləcəkdir. Müraciətlər MAPEG tərəfindən qiymətləndirildikdən sonra ilk dəfə tenderə çıxarılan sahələr üçün müraciət edilməzsə, sahələr yenidən tenderə çıxarılacaq.

Möhürlənmiş təklifləri, Baş İdarə tərəfindən müəyyən edilmiş əsas tender qiymətindən aşağı olan müraciətlər nəzərə alınmayacaq.

Tender zəmanəti məbləği MAPEG tərəfindən müəyyən edilmiş əsas tender qiymətindən və qapalı təklifin 20 faizindən az olan ərizələr qiymətləndirilməyəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər