KKTC prezidenti Türkiyəyə başsağlığı verib

KKTC prezidenti Türkiyəyə başsağlığı verib

Bakı. TurkicWorld:

Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Pençe-Kilit əməliyyatı zamanı şəhid olan əsgərlər üçün Türkiyəyə başsağlığı verib.

TurkicWorld bu barədə Kipr Türk Agentliyinə (TAK) istinadən xəbər verir.

"Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm", - deyə o bildirib.

Qeyd edək ki, İraqın şimalında "Pençe-Kilit" antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 9 türk əsgəri şəhid olub.

X: Lamanasadli01