Ərdoğan AK Partinin Ankara bələdiyyə başçısı namizədini açıqlayacaq

Ərdoğan AK Partinin Ankara bələdiyyə başçısı namizədini açıqlayacaq

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara bələdiyyə başçısı namizədini 15 yanvar tarixində açıqlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə AK Partinin seçki işləri üzrə sədri Əli İhsan Yavuz açıqlama verib.

Məlumata əsasən, 15 yanvar tarixində Ankara daxil olmaqla, 48 vilayətin də namizədləri açıqlanacaq.

Qeyd edək ki, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək.

X: Lamanasadli01