Türkiyənin Elazığ vilayətində zəlzələ baş verib

Türkiyənin Elazığ vilayətində zəlzələ baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumatda qeyd olunub ki, zəlzələ TSİ (Türkiyə Saatı İlə) 16:26-da baş verib.

Zəlzələnin 9,36 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

"İndiyə qədər heç bir dağıntı və tələfat barəsində məlumat verilməyib.” –deyə açıqlamada bildirilib.

Hafiz Rufizoğlu