TSK qardaş Azərbaycanın haqlı işinə dəstək verməyə davam edir - Zeki Aktürk

TSK qardaş Azərbaycanın haqlı işinə dəstək verməyə davam edir - Zeki Aktürk

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri, qardaş Azərbaycanın haqlı işinə dəstək verməyə davam edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib.

"Türk Silahlı Qüvvələri, terrorla mübarizə və sərhəd təhlükəsizliyi ilə vətənimizin hüquq və mənafelərini qorumaqla yanaşı, milli məsələmiz olan Kipr, “İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycan, tarixi və mədəni əlaqələrimiz olan Balkanlar, başda 500 illik dostluq və qardaşlıq əlaqələrimiz olan Liviyada və bir çox coğrafiyada qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verməyə davam edir",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_