Ankarada “Böyük Qəzza yürüşü və Mitinqi” keçiriləcək

Ankarada “Böyük Qəzza yürüşü və Mitinqi” keçiriləcək

Bakı. TurkicWorld:

İsrailin Fələstinə qarşı davam edən hücumları ilə bağlı sabah yerli vaxtla saat 14.30-da Ankara şəhərində "Böyük Qəzza Yürüşü və Mitinqi" keçiriləcək.

TurkicWorld xəbər verir ki, Ankarada qeyri-hökumət təşkilatlarının yaratdığı platformanın təşkil edəcəyi proqram AKM Metro stansiyasından yürüşlə başlayacaq, Anadolu meydanında sona çatacaq.

Məlumata əsasən, mitinqdə İsrailin Qəzzada törətdiyi qətliamlarla bağlı bir sıra şüarlar səsləndiriləcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 20 min 57-yə çatıb.

X: Lamanasadli01