Son dəqiqə

Azərbaycan Türkiyə Türkiyə Ticarət nazirliyi Ömər Bolat Azərbaycan-Türkiyə İnvestisiya Forumu

Azərbaycan və Türkiyə regionda çox güclü ittifaqı təmsil edir - Bolat

Bakı. TurkicWorld:

Azərbaycan və Türkiyə regionda çox güclü ittifaqı təmsil edir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda iş adamları ilə görüşü zamanı bildirib.

Türkiyə ilə Azərbaycan arasında əlaqələrin hər sahədə yüksək səviyyədə olduğunu vurğulayan nazir Bolat iki qardaş ölkənin prezidentləri arasındakı səmimi dostluq və qardaşlığın buna böyük töhfə verdiyini bildirib.

"Ölkələrimiz arasında qarşılıqlı ticarət və investisiyalar, həmçinin turizm əlaqələri davamlı artmaqdadır", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin ticarət naziri Ömər Bolat bugün Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edəcək. Forumda hər iki ölkədən bir çox dövlət rəsmilərinin, iri və orta şirkət rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər