Türkiyədə mədən çöküb: iki ölü, bir yaralı

Türkiyədə mədən çöküb: iki ölü, bir yaralı

Bakı. TurkicWorld:

Türkiyənin Dənizli vilayətində xrom mədəni çöküb.

TurkicWorld xəbər verir ki, biri mühəndis olmaqla üç işçi dağıntılar altında qalıb.

Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım, AFAD, axtarış-xilasetmə, jandarma qrupları cəlb edilib.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, bir nəfər yaralı olaraq xilas edilib.

X: Lamanasadli01