PKK-nın qadın liderlərindən biri məhv edildi

PKK-nın qadın liderlərindən biri məhv edildi

Bakı. TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının məsul şəxslərindən birini "SİHA" əməliyyatı ilə zərərsizləşdirib.

TurkicWorld-un məlumatına görə, "Mizgin Guyi" kod adlı terrorçu Sebahat Ormanlı yaşıl kateqoriyada axtarışda olub. 2022-ci ildən etibarən PKK terror təşkilatına qatılan Sebahat Ormanlının Türkiyənin böyük şəhərlərində hücum təlimatı verdiyi qeyd olunub.

Aytac Süleymanova

Twitter: a_alieva_