Malayziyanın ANKA-S PUA-nı Türkiyədən təhvil alacağı tarix açıqlanıb (ÖZƏL)

Malayziyanın ANKA-S PUA-nı Türkiyədən təhvil alacağı tarix açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Malayziya 2024-cü ildə 9 ANKA-S PUA-dan ilk ikisini Türkiyədən təhvil alacaq.

TurkicWorld-un məlumatına görə, Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ), təxminən, 100 milyon dollara Malayziya Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün 9 ədəd 3 ANKA sistemi ixrac edəcək.

Peyk idarə etmə qabiliyyətinə malik ANKA-lardan Malayziyanın ehtiyaclarına uyğun radarlardan istifadə ediləcək. Çatdırılmaların 2 il ərzində tamamlanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin ASELSAN, ASFAT, DEARSAN, DESAN, HAVELSAN, KALE KALIP, KOÇ DEFENCE, METEKSAN, MİLSOFT, MKE, ROKETSAN, SARSILMAZ, STM, TAİS, TEİ, TUSAŞ, TİMSAN, TİTRA müdafiə sənayesi şirkətləri 23-27 may tarixlərində Malayziyanın Langkawi şəhərində iki ildən bir təşkil edilən "LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi"ndə iştirak edəcək.

Xatırladaq ki, Türkiyənin ASELSAN, ASFAT, DEARSAN, DESAN, HAVELSAN, KALE KALIP, KOÇ DEFENCE, METEKSAN, MİLSOFT, MKE, ROKETSAN, SARSILMAZ, STM, TAİS, TEİ, TUSAŞ, TİMSAN, TİTRA müdafiə sənayesi şirkətləri 23-27 may tarixlərində Malayziyanın Langkawi şəhərində iki ildən bir təşkil edilən "LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi"ndə iştirak edib.

Aytac Süleymanova

Twitter: a_alieva_