Bakı. TurkicWorld:
Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
“Türkiyə haqqın və həqiqətin yanındadır. İsrail və Fələstin arasında iki dövlətli həlldən başqa variant yoxdur. 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması vacibdir",- deyə o bildirib.
Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 16 min 248 nəfərə çatıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_