Bakı. TurkicWorld:
İsrail və Fələstin arasında müvəqqəti deyil, daimi sülh və ədalətli həllin tərəfdarıyıq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"Bununla belə, hesab edirik ki, müvəqqəti atəşkəs və əsir mübadiləsi perspektivlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə humanitar yardım dəhlizinin açılması, müvəqqəti atəşkəs qərarının verilməsini təqdir edirik. MHP hər zaman R.T.Ərdoğanın yanındadır", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.
Razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 israilli girovun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azadlığa buraxılacaq.