Türkiyə Əlcəzair üçün Orta Asiya və türk cümhuriyyətlərinə açılan əhəmiyyətli bir qapıdır - Uraloğlu

Türkiyə Əlcəzair üçün Orta Asiya və türk cümhuriyyətlərinə açılan əhəmiyyətli bir qapıdır - Uraloğlu

Bakı. TurkicWorld:

Türkiyə Əlcəzair üçün Orta Asiya və türk cümhuriyyətlərinə açılan əhəmiyyətli bir qapıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Zəngilanda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısı”nda çıxışı zamanı deyib.

"Əlcəzairi həm sahil zolağında yerləşən limanları, həm də geosiyasi mövqeyi ilə Afrikaya açılan bir qapı olaraq görürük. Əlcəzair üçün isə Türkiyə Orta Asiya və türk cümhuriyyətlərinə açılan əhəmiyyətli bir qapıdır. Ona görə də Türkiyə və Əlcəzair vasitəsilə Orta Asiya ilə Afrika arasında təmin edilən əlaqəyə əhəmiyyət veririk. Beləliklə, Mərkəzi Dəhlizin əhəmiyyəti daha da artacaq. Nəticə etibarı ilə, bu araşdırmalarla bölgəmizə iqtisadi qayıdışla yanaşı, sülh, təhlükəsizlik, sabitlik və informasiya hərəkətliliyi də gətirəcəyik ki, bu da ölkələrimizin inkişafına töhfə verəcək. Beləliklə, ölkələrimizin rifah səviyyəsi yüksələcək",- deyə nazir bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_