Türkiyə həm Avropa, həm də Mərkəzi Asiya üçün açar rolunu oynayacaq - Uraloğlu ​

Türkiyə həm Avropa, həm də Mərkəzi Asiya üçün açar rolunu oynayacaq - Uraloğlu
​

Bakı. TurkicWorld:

Türkiyə həm Avropa, həm də Mərkəzi Asiya üçün açar rolunu oynayacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Əlcəzairdə keçirilən 19-cu Beynəlxalq Bayındırlıq Sərgisində iştirakı zamanı deyib.

"İnkişaf Yolu Layihəsi ilə Fars körfəzini Türkiyə üzərindən Avropa və Orta Asiyaya birləşdirəcəyik. İnkişaf Yolu Layihəsi, regionu Qərbi Afrikadan Cənubi Asiyaya, oradan da Yaxın Şərqi Avropaya birləşdirəcək. Bu, Avropa və Mərkəzi Asiya arasında yük daşımaları üçün ciddi rahatlıq təmin edəcək",- deyə nazir bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_