Hakan Fidan Avropa Şurasının baş katibi ilə görüşüb

Hakan Fidan Avropa Şurasının baş katibi ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı tərəflər, Türkiyə-Avropa Şurası münasibətlərini və şuranın gündəliyində duran məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə 1949-cu ildə yaradılmış Avropa Şurasının qurucu üzvləri arasındadır.

Aytac Süleymanova

Twitter: a_alieva_