TSK Qəzzada humanitar yardım və təxliyəyə hazırdır - Türkiyə MN

TSK Qəzzada humanitar yardım və təxliyəyə hazırdır - Türkiyə MN

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri veriləcək direktivlərə uyğun olaraq Qəzzada həm humanitar yardım, həm də təxliyədə iştirak etməyə hazırdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri ediləcək direktivlərə uyğun olaraq həm humanitar yardım, həm də təxliyədə iştirak etməyə hazırdır. Türkiyə MN, TSK-nın həm evakuasiya, həm də sağlamlıq dəstəyi sahəsindəki təcrübəsinə diqqət çəkərək, yardım işlərinin aparılmasında ən mühüm elementin bölgədəki mühitin uyğunluğu olduğunu qeyd edib",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzzaya hücumları nəticəsində 3 min 542-si uşaq olmaqla 8 min 796 nəfər həyatını itirib.

Aytac Süleymanova