Türk-Fələstin Dostluq Xəstəxanasının fəaliyyətini davam etdirməsi üçün tədbirlər görüləcək - Koca

Türk-Fələstin Dostluq Xəstəxanasının fəaliyyətini davam etdirməsi üçün tədbirlər görüləcək - Koca

Bakı. TurkicWorld:

Türk-Fələstin Dostluq Xəstəxanasının fəaliyyətini davam etdirməsi üçün tədbirlər görüləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca deyib.

"Ölkəmiz tərəfindən qurulan xərçəng xəstəxanasının xidmətini davam etdirməsi üçün tədbirlər görüləcək. Xəstəxananın ətrafında hərəkət edən hər şeyi bombalanır. Personalın xəstəxanaya gedib-gəlməsi, təcili yardım maşınlarının xəstələri xəstəxanaya daşıması demək olar ki, mümkün deyil. " – deyə Koca bildirib.

Məlumat üçün qeyd edək ki, bu gün İsrail Türk-Fələstin Dostluq Xəstəxanasını bombalayıb

Hafiz Rufizoğlu