Ərdoğan Malayziyanın baş naziri ilə İsrail-Fələstin münaqişəsi barədə müzakirələr aparıb

Ərdoğan Malayziyanın baş naziri ilə İsrail-Fələstin münaqişəsi barədə müzakirələr aparıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahim ilə görüşüb.

TurkicWorld xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə Türrkiyənin xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın da iştirak edib.

Məlumata əsasən, görüşün əsas gündəliyi İsrail-Fələstin münaqişəsi və Qəzzada humanitar böhran olub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzza zolağına etdiyi hücumlarda 1661-i uşaq olmaqla, 4 min 137 nəfər həyatını itirib, 13 min 260 nəfər yaralanıb.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01