Son dəqiqə

Azərbaycan Türkiyə Türkiyə Silahlı Qüvvələri Zeki Aktürk

TSK “İki dövlət, bir millət” anlayışı ilə Azərbaycanın sülh və sabitliyinə töhfə verməyə davam edəcək - Türkiyə MN

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələri, "İki dövlət, bir millət” anlayışı ilə Azərbaycanın sülh və sabitliyinə töhfə verməyə davam edəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib.

"Türk Silahlı Qüvvələrimiz vətənimizdə terrorla mübarizə və sərhəd təhlükəsizliyi, hüquq və mənafelərimizin qorunması ilə yanaşı, milli məsələmiz olan Kipr, “İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycan, tarixi və mədəni əlaqələrimiz olan Balkanlar, başda 500 illik dostluq və qardaşlıq münasibətlərimiz olan Liviya olmaqla bir çox coğrafiyada regional və qlobal sülh və sabitliyə töhfə verməyə davam edir",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər