Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək

Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyə Xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi paylaşım edib.

İclasda "İsrailin Qəzzada bütün Fələstin xalqını hədəf alan ayrıseçkilik hərəkətləri"nə qarşı İƏT tərəfindən atılacaq konkret addımların və bu kontekstdə İƏT-ə üzv ölkələrin ortaq münasibət müəyyən edilməsinin müzakirə olunacağı qeyd edilib.

Məlumat üçün qeyd edək ki, iclas Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.

Hafiz Rufizoğlu