Hakan Fidan Lavrovla İsrail-Fələstin münaqişəsini müzakirə edib

Hakan Fidan Lavrovla İsrail-Fələstin münaqişəsini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər arasında İsrail-Fələstin münaqişəsi müzakirə edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01